İdman

Xətai rayonunun məktəbliləri arasında “Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib

Metbuat.az


Bakı, 4 aprel,

AZƏRTAC

Xətai rayonunun məktəbliləri arasında “Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib.


Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarışda əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasıdır.


Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların idman sahəsində də mühüm uğurlarla müşahidə olunduğunu bildirib. Son illərdə idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlar dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsidir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycan dövlətinin idman sahəsində qazandığı nailiyyətlərin göstəricisidir.


Sonra Xətai rayonu üzrə 37 məktəbdən 550 şagirdin qatıldığı yarışa start verilib. Yarışa qatılan VIII-X sinif şagirdləri iki mərhələdə idmanın 10 növü üzrə qüvvələrini sınayıblar.


Qalib gələn məktəbin komanda gələn həftə keçiriləcək Bakı zona birinciliyində iştirak edəcək.