İdman

Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirin ikinci turunun görüşləri məlum olub

Metbuat.az

Şəmkir, 18 aprel, Samirə Allahverdiyeva,

AZƏRTAC

 


Aprelin 18-də “Shamkir Chess 2015” beynəlxalq turnirinin ikinci turu çərçivəsində oyunlar keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, turnirdə 10 qrossmeyster – dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), Fabiano Karuana (İtaliya, 2802), Vişvanatan Anand (Hindistan, 2791), Aniş Giri (Niderland, 2790), Uesli Sou (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2762), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2754), Maykl Adams (Böyük Britaniya, 2746), Rauf Məmmədov (Azərbaycan, 2751) dairəvi sistem üzrə oynayırlar.


İkinci turda Vladimir Kramnik – Uesli Sou, Maqnus Karlsen – Şəhriyar Məmmədyarov, Maksim Vaşye-Laqrav – Vişvanatan Anand, Maykl Adams – Fabiano Karuana, Aniş Giri – Rauf Məmmədov görüşləri keçiriləcək.


Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess - 2015” turniri aprelin 26-dək davam edəcək.