İdman

Vladimir Kliçko: Tamaşaçılar dost rəqiblərin döyüşünü gözləyirlər

Metbuat.az

Kiyev, 8 aprel,

AZƏRTAC

Ağır çəki üzrə IBO/WBA/WBO/IBF çempionu, ukraynalı Vladimir Kliçko “Boxingscene” saytına müsahibəsində boksa indiki tələbatdan, amerikalı Diontey Uaylderə qarşı ehtimal olunan döyüşündən danışıb.


O deyib: “Boksa tələbat sabit olmur, dəyişir. İndi ABŞ-da ağır çəkililər arasında boks daha az populyardır, çünki güclü amerikalı idmançılar yoxdur. Bu baxımdan təşəbbüs Avropaya keçib”.


İdmançı onu da qeyd edib ki, boksun yox olduğunu və ya populyarlığını itirdiyini demək olmaz. Sadəcə diqqət bölünüb. İndi boksa yenidən böyük tələbat yaranır.


V.Kliçko vurğulayıb: “Hesab edirəm ki, Diontey çox istedadlı idmançıdır. Biz məşq etmişik və bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Hesab edirəm ki, tamaşaçılar dost rəqiblərin döyüşünü gözləyirlər”.



Zeynal Ağazadə
AZƏRTC-ın xüsusi müxbiri
Kiyev