İdman
AZƏRTAC
Veteran futbolçu Nazim Süleymanova həsr edilən “Bitməyən matç” kitabının təqdimatı olub
Bakı, 16 aprel,
AZƏRTACAzərbaycan milli komandasının sabiq kapitanı, “Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı tədbirlər davam edir.
AZƏRTAC
xəbər verir ki, aprelin 16-da N.Süleymanovun karyerasından bəhs edən “Bitməyən matç” kitabının təqdimatı olub. Azərbaycan və rus dillərində çapdan çıxan kitabın müəllifi Varisdir.
Beynəlxalq Mətbuat Mərkəzində reallaşan tədbirdə vaxtilə Nazim Süleymanov ilə birgə çiyin-çiyinə oynamış veteranlarla yanaşı, Azərbaycan futbol ictimaiyyətinin, mətbuatın nümayəndələri iştirak ediblər.
Tədbirdə yazıçı, “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və digərləri çıxış edib, Nazim Süleymanovla bağlı xatirələrini bölüşüb, ona təbriklərini çatdırıblar.