İdman

Varan “Real”dan getmək istəyir

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC
AZƏRTAC

“AS”-yə istinadla xəbər verir ki, “Real” klubunun müdafiəçisi Rafael Varan bu yay klubu tərk etmək niyyətindədir.


21 yaşlı futbolçu oyun təcrübəsinin az olmasından narazıdır, çünki Karlo Ançelotti müdafiənin mərkəzində Pepeyə və Serxio Ramosa üstünlük verir. Avropanın aparıcı klubları Fransa yığmasının futbolçusuna maraq göstərir, əsas namizəd isə “Çelsi” sayılır.


Cari mövsümdə Varan Fransa çempionatında 19 matçda oynayıb, onlardan 14-nə start heyətində başlayıb.