İdman

Ulduz tennisçi məsələyə aydınlıq gətirdi: “Mənim ulduz dostum yoxdur”

Metbuat.az

Daha öncə Endi Marreyin nigah mərasiminə bir zamanlar yaxın dost olduğu Novak Cokoviçi dəvət etmədiyi barədə məlumat vermişdik. Bu məsələ dünya idman mətbuatında kifayət qədər böyük marağa səbəb olmuşdu.

Metbuat.az-ın xəbərinə görə, şotlandiyalı tennisçi bütün bu söz-söhbətlərə aydınlıq gətirib:

“Toyda məşhurlar olmayacaq, çünki mənim ulduz dostum yoxdur. Ona görə də nəzərdə tutduğunuz adamları dəvət etməmişəm. Mərasimə yalnız yaxın insanlar, birlikdə vaxt keçirdiyimiz şəxslər dəvət olunub.

Bu amilləri nəzərə alaraq siyahını tərtib etmişik. Artıq hər şey hazırdı. Kim üçün bu, vacib gündü. Ancaq o, sakitdi”.