İdman
Ulduz futbolçu "Barselona"nı "Mançester Yunayted"ə dəyişə bilər
"Mançester Yunayted" "Barselona"nın müdafiəçisi Dani Alveslə yaxından maraqlanır.
Metbuat.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı futbolçuya 3 illik müqavilə təklif edib. MY rəhbərliyi Alvesin yekun cavabını aprel ayının sonuna qədər gözləyəcək.
Yazılanlara inansaq, Dani katalon klubu ilə olan sazişini yeniləməyəcək.