İdman
UEFA-nın reytinq cədvəli açıqlandı
UEFA-ya üzv olan ölkələrin milli komandalarının reytinq cədvəli açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu dəfə 4 ay əvvəl açıqlanan cədvəldə xeyli dəyişikliklər qeydə alınıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu dəfə 4 ay əvvəl açıqlanan cədvəldə xeyli dəyişikliklər qeydə alınıb.
Yalnız seçmə oyunların nəticələrinin əks olunduğu reytinqdə Azərbaycan millisinin də mövqeyi dəyişib. Yığmamız AVRO-2016-nın Malta ilə seçmə oyununda 2:0 hesabı ilə qalib gəlməklə, hesabını daha da zənginləşdirib.
2014-cü il dekabrın 4-də açıqlanan cədvəldə 14,311 xalı olan komandamız Malta ilə oyuna görə 2,570 xal qazanıb. 4 ay öncə Avropada 47-ci olan millimiz indi 16,881 xalla 42-ci pillədə qərarlaşıb. Yığmamız Kipr, Moldova, Makedoniya, Gürcüstan və Lixtenşteyni keçib.
Qeyd edək ki, Almaniya (39,336), İspaniya (36,803) və İngiltərənin (35,963) yer aldığı ilk “üçlük”də dəyişiklik baş verməyib.
Milli.Az
Milli.Az