İdman

UEFA-nın İnkişaf turnirinə start verildi

Metbuat.az

Bakıda 16 yaşadək qızlardan ibarət komandaların iştirakı ilə keçirilən UEFA-nın İnkişaf turniri başlayıb.

Metbuat.az-ın xəbərinə görə, turnirdə müvafiq yaş qrupuna aid Azərbaycan, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları iştirak edir. Artıq Yunanıstan - Qazaxıstan matçı başlayıb. Saat 16:00-da oynanılacaq görüşdə isə Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq. Matç Bayıl stadionunda keçiriləcək.