İdman

UEFA Çernoqoriya millisini Rusiya ilə matçda texniki məğlubiyyətlə cəzalandırıb

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

 


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) intizam komitəsi Çernoqoriya millisini Avropa çempionatının seçmə mərhələsində Rusiya komandası ilə matçda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırıb. Çernoqoriya futbolçuları, həmçinin iki ev oyununu tamaşaçısız stadionda keçirməli olacaqlar. Cəza bununla da bitmir.


AZƏRTAC

UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bundan əlavə Çernoqoriya Futbol Assosiasiyası 50 min avro cərimələnib. Qurumun qərarına əsasən, həmin oyunda rusiyalı azarkeşlərin davranışına görə Rusiya Futbol İttifaqı da 25 min avro cərimə ödəyəcək.


Xatırladaq ki, martın 27-də Podqoritsedə keçirilmiş Çernoqoriya-Rusiya matçı yerli azarkeşlərin təqsiri ucbatından ikinci hissənin ortalarında vaxtından əvvəl dayandırılmışdı. Nəticədə UEFA Çernoqoriya Futbol Assosiasiyasına qarşı intizam işi açmışdı.