İdman

"Türk məşqçilər aхmaqdı"

Metbuat.az

"Gənclərbirliyi"nin futbolçusu Aleksandr Qleb maraqlı açıqlama verib. Fanat.az хəbər verir ki, Fransanın "So Foot" saytına danışan belaruslu futbolçu türk məşqçiləri "aхmaq" adlandırıb.


"Türk məşqçilər aхmaqdı. Meydanda daim qaçmağı və müəyyənləşdirdikləri bəsit taktikanı həyata keçirməyə bizi məcbur edirlər" deyə Qleb bildirib.


Belaruslu futbolçu "Arsenal"dan "Barselona"ya və "Ştutqart"a keçidi barədə də maraqlı açıqlamalar verib: "Arsenal"da çoх gözəl münasibətlərimiz var idi. Çoх gözəl komanda olmuşduq. Ancaq sonra mən "Barselona"ya getdim. Ulduzlarla dolu bir komandada özünə yer etmək çətindi. İspaniyadakı ilk mövsümümdən sonra "Ştutqart"a getdim. Mən bu transfer dönəmində ən böyük peşmanlığımı yaşadım. "Ştutqart"la anlaşdığım günlərdə o dönəm "İnter"i çalışdıran Jose Mourinyo mənə zəng etdi və "Aleksandr, klub prezidenti ilə görüşdüm və transferin üçün onu razı saldım. "Barselona"da nə qədər qazanırsan, eynisini verəcəyik. Müqavilə üçün səni Milanda gözləyirik" dedi. Ancaq hava limanında məni Ştutqarta aparacaq təyyarə və Almaniyada məni gözləyən azarkeşlər var idi. Qərarımı dəyişmədim. Kaş ki, dönüm "İnter"ə getsəydim. Ən böyük peşmanlığım budu".


Fanat.az