İdman

Türk klubu yarımfinalda mübarizəni dayandırdı

Metbuat.az

Kişi basketbolçular arasında keçirilən və Avropanın ikinci dərəcəli klub turniri olan Avrokubokda finalçıların kimliklərinə aydınlıq gəlib.

Metbuat.az-ın xəbərinə görə, ilk olaraq “Ximki” “Banvit”lə münasibətlərinə aydınlıq gətirib. Gərgin mübarizə şəraitində keçən görüşdən 4 xal fərqi ilə qalib ayrılan Rusiya təmsilçisi finala vəsiqə qazanıb. Türk klubuna həlledici görüşə adını yazdırmaq üçün 4 xal kifayət etməyib.

“Ximki” – “Banvit” – 93:89

İlk matç – 82:83

İkinci finalçı isə “Qran Kanariya” olub. İspan klubu UNİKS-i ikinci matçda da məğlub edib.

“Qran Kanariya” – UNİKS – 78:76

İlk matç – 83:70