İdman
Tuğrul "fərqləndi", komandası uduzdu
Almaniyanın II Bundesliqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Tuğrul Eratın çıхış etdiyi "Fortuna" "İnqolştadt"ın qonağı olub.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Futbolçumuz 45-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Fortuna" 29 turdan sonra 40 хalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az