İdman
Tsxadadze: "6:0 qələbə qazana biləcəyimiz oyunda..."
Kaxaber Tsxadadze "Bakı" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bunları deyib:
"Qələbə qazanmaq vacibdi. Sevinirəm ki, qələbə qazandıq. Bu, müsbət haldı. Hesab edirəm ki, 6:0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda sadəcə 2:1 hesabı ilə üstün olduq. Tez bir zamanda bu oyunu unudub, kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq".
Fanat.az