İdman

"Traktorsazi" zirvədə

Metbuat.az

İran çempionatında XXVI turun oyunları keçirilir.



ANS PRESS-in məlumatına görə, tur "Traktorsazi" üçün uğurlu alınıb.



Təbriz təmsilçisi "Saypa"nın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.



"Traktorsazi"nin heyətində Mirhani Haşemi (penalti) və Mühsin Delir fərqlənib. Lider "Naft Tehran" isə bu turda хal itirib.



Tehran klubu səfərdə "Zob Ahan"a 3:5 hesabı ilə yenilib. Bu nəticələrdən sonra хal hesabını 50-yə yüksəldən "Traktorsazi" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. İkinci yerdə qərarlaşan "Naft Tehran"in isə 48 хalı var.

Mənbə
ANS PRESS