Topaz Premyer Liqası: "Qarabağ" "Simurq"u məğlub etdi, "Qəbələ" "Neftçi"yə qalib gəldi (Nəticələr)
Bu gün Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilib.
Metbuat.az-ın məlumatına görə, turun bütün matçları eyni gündə oynanılıb.
"İnter" səfərdə "Bakı" ilə üz-üzə gəlib. Son 4 paytaxt derbisində “bankirlər” quru hesablı qələbə qazanmışdılar. “Bakı” isə son 3 ildə baş tutan 13 qarşılaşmada qalib gəlməmişdi. "Zolaqlılar" bugünkü görüşdə də uğursuz seriyaya son qoya bilməyiblər. 3 qolun qeydə alındığı matçda qonaqlar qələbəni bayram ediblər.
AZAL doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Paytaxt təmsilçisi son 3 qarşılaşmada xal qazanmışdı. "Təyyarəçilər" indiyədək ev oyununda “Sumqayıt”a məğlub olmayıb. Bu matçlardan meydan sahibləri qol vurmadan ayrılmamışdı. Qarşılaşmada hesabı AZAL açsa da, "Sumqayıt" əlavə vaxtda fərqlənərək məğlubiyyətdən qaçıb.
Zaqatalada yerli "Simurq" lider "Qarabağ"ın müqavimətini qırmağa çalışıb. Komandaların son 3 oyununda Ağdam klubu qalib gəlmişdi. Lakin ağdamlılar son 5 səfər matçında 1 qələbə əldə edə bilmişdi. Muarem Muaremin dublu sayəsində "Qarabağ" rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün son qarşılaşmasında "Neftçi" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşdığından oyuna maraq çox böyük idi. “Qəbələ” cari mövsümə təsadüf edən 3 oyunda qalib gələ bilməmişdi. “Neftçi” isə son iki ev oyununda qələbə qazanmamışdı. Oyun qonaqların üstünlüyü şəraitində keçib. Hesabı qonaqların futbolçusu Aleksey Qay açıb. İlk hissənin son dəqiqələrində Kanales status-kvonu bəpra edib. İkinci hissədə Cavid Hüseynov və Viktor Mendinin vurduğu qollarla qələbə qazanan "Qəbələ" xallarının sayını 43-ə çatdırıb.
Premyer Liqa XXX tur
17 aprel (cümə)
“Bakı” – “İnter” - 1:2
Qollar: Nurlan Novruzov, 90+3 - Derlis Meza Kolli, 10, Əfran İsmayılov, 56
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
AZAL – “Sumqayıt” - 1:1
Qollar: Valeriy Kutsenko, 75 - Məhəmməd Qurbanov, 90+1
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
“AZAL Arena”
“Simurq” – “Qarabağ” - 0:2
Qollar: Muarem Muarem, 18; 80
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zaqatala şəhər stadionu
“Neftçi” – “Qəbələ” - 1:3
Qollar: Nikolas Kanales, 44 - Aleksey Qay, 24, Cavid Hüseynov, 50, Viktor Mendi, 86
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bakcell Arena“