İdman

Teymur Rəcəbov beynəlxalq şahmat turnirində iştirakdan imtina etdi

Metbuat.az

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib.

Trend

-in məlumatına görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı

Teymur Rəcəbov

superturnirdə iştirak edə bilməyəcək.



ShamkirChess2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi

Maykl Adams

(FİDE reytinqi 2746) olacaq.



Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu

Maqnus Karlsen

, sabiq dünya çempionları

Vişvanatan Anand, Vladimir Kramnik,

eləcə də

Fabiano Karuana

,

Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov

Rauf Məmmədov

iştirak edəcəklər.



Milli.Az