İdman

Təhsil nazirinin müavini ATFF prezidenti olacağına dair xəbərlərə münasibət bildirib

Metbuat.az

F.Qurbanov bildirilib ki, məsələ futbolla bağlı olduğundan, dəyişiklik ATFF və AFFA-nın nizamnaməsinə uyğun aparılmalıdır. Nazir müavini belə bir etimad göstəriləcəyi təqdirdə, özünü hər hansı futbol qurumunun rəhbərliyində təmsil olunmağa hazır sayıb: "Çünki futbol ən kütləvi idman növüdür. Onun inkişafı hər bir Azərbaycan vətəndaşı üçün çox önəmlidir. Yəni, bu məsələ vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını düşündürməlidir. Amma mənə rəsmi heç nə təklif olunmayıb. Həm də bu proses yalnız təkliflə baş vermir. Hər şey qanunvericiliyə uyğun olmalıdır".


Qeyd edək ki, bir müddət əvvəl Fazil Qarayev işlərinin çoxluğu ilə əlaqədar ATFF prezidenti vəzifəsindən istefa verib.