İdman
AZƏRTAC
Tbilisidə Avropa çempionatında Azərbaycan ağır atletlərinin sayı artıb
Bakı, 10 aprel,
AZƏRTACTbilisidə Avropa çempionatında çıxış edən ağır atletika üzrə Azərbaycan yığmasında idmançıların sayı iki nəfər artaraq 8 nəfər təşkil edib.
AZƏRTAC
xəbər verir ki, atletlər Silviya Angelova (48 kiloqram) və İntiqam Zairov (94 kq) komandamıza qoşulublar. Onlar Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Elmar Əliyev (56 kq), Valentin Xristov (62 kq), İvan Stoytsov və Əfqan Bayramovla (hər ikisi 77 kq) birlikdə çıxış edəcəklər.
Xatırladaq ki, aprelin 9-da başlayan turnir aprelin 18-dək davam edəcək.