İdman
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Tatyana Anodina: Möhtəşəm bir idman tədbiri hazırlanır
Moskva, 11 aprel,
AZƏRTACBirinci Avropa Oyunlarının Moskvada keçirilmiş təqdimatı mərasimində Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina deyib: “Bu gün təkcə Azərbaycan üçün deyil, dünya üçün çox böyük bir hadisədir. Hamı üçün çox möhtəşəm bir idman tədbiri hazırlanır”.
Oyunlarda yarışacaq bütün komandalara uğur arzulayan T.Anodina deyib: “Mən ilk növbədə, Azərbaycan komandasına uğur arzulamaq istəyirəm. Şadam ki, bütün dünya gözəl Bakı şəhərini bir daha görəcək, ona bir daha valeh olacaq. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva gözəl, ağıllı, cazibədar xanımdır. Əminəm ki, onun rəhbərlik etdiyi Təşkilat Komitəsi sizin gözəl şəhərdə Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva