Tahir Gözəl: "Bu oyun oyunu aslanlar qarşılaşması kimidi"
"Bu mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-un Azərbaycan Kubokunu qazanma sevincini yaşamışıq. 6 il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudu". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Klub rəsmisi finaldakı rəqiblərini tərifləyib: "Rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda onlarla qarşılaşmaq mənə ikiqat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdu. Bu komanda ilə oyunlar mənim üçün xüsusi olub. Bunu daim hər zaman açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidi".
Tahir Gözəl finalın Qəbələdə keçirilməsi variantına da münsibət bildirib: "Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi də olduqca xoş bir xəbərdi. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildi. Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".
Fanat.az