İdman
AZƏRTAC
Stolüstü tennis üzrə dünya çempionatında beynəlxalq cütlüklərin iştirakına icazə veriləcək
Bakı, 15 aprel,
AZƏRTACAprelin 26-dan mayın 3-dək Çinin Suçjou şəhərində stolüstü tennis üzrə 53–cü şəxsi dünya çempionatı keçiriləcək. Mötəbər turnirdə Azərbaycanı 5 tennisçi təmsil edəcək.
AZƏRTAC
xəbər verir ki, çempionatda 14 illik fasilədən sonra ilk dəfə olaraq Beynəlxalq Stolüstü Tennis Federasiyası (İTTF) tərəfindən beynəlxalq cütlüklərin iştirakına qoyulmuş qadağa aradan götürüləcək.
Turnirdə 124 ölkədən 600–dək idmançı mübarizə aparacaq.