Son çempion qalib gəldi (VİDEO)
İspaniya çempionatında 29-cu turun oyunları davam edir.
ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə 4 görüş keçirilib.
Atletik" öz meydanında "Sevilya" ilə qarşılaşıb. Matçda sevinən qonaqlar olub - 2:0. Çempionluq uğrunda mübarizə aparanpaytaxt təmsilçisi "Atletiko" isə səfərdə "Kordoba" üzərində inamlı qələbə əldə edib - 2:0.
Günün digər qarşılaşmalarında “Levante” “Almeriya”ya qalib gəldiyi halda, “Malaqa” “Real Sosyedad” oyununda bərabərlik olub.
Bu turda lider “Barselona” Viqo səfərində “Selta”nı sınağa çəkəcək. Madridin “Real” klubu isə liqanın autsayderlərindən sayılan “Qranada”nı qəbul edəcək.
Qeyd edək ki, La Liqada 29-cu tura sabah keçiriləcək “Espanyol” - “Elçe” oyunu ilə yekun vurulacaq.
4 aprel
İspaniya La Liqası, 29-cu tur
“Sevilya” - “Atletik” - 2:0
Qollar: Vidal, 3 (1:0), Bakka, 21 (2:0)
“Almeriya” – “Levante” - 1:4
Qollar: Barral, 17 (0:1), Kasadesus, 32 (0:2), Barral, 53 (0:3), Hemed, 70-pen (1:3), Barral, 75 (1:4)
“Malaqa” – “Real Sosyedad” - 1:1
Qollar: Recio, 55 (1:0), Pardo, 83 (1:1)
“Kordoba” – “Atletiko” - 0:2
Qollar: Qrizman, 5 (0:1), Niquez, 39 (0:2)
Mənbə
ANS PRESS