Sneyderi ruhlandıran gözəl - FOTOSESSİYA
AVRO-2016-nın seçmə mərhələsinin Türkiyə ilə oyununda (1:1) vurduğu qolla Hollandiya millisini məğlubiyyətdən xilas edən
Uesli Sneyderin qol sevinci zamanı nümayiş etdirdiyi jestlərin mənası bəlli olub. Milli.Az
apasport.az-a istinadən xəbər verir ki, qoldan sonra topu formasının qarın nahiyəsinə salan, ardınca baş barmağını ağzına aparan hollandiyalı həyat yoldaşı ilə birlikdə uşaq gözlədiklərinə eyham vurmuşdu.
Belə ki, qarşılaşmadan az əvvəl xanımı
Yolante Kabaudan şad xəbər alan Sneyder qarşılaşmaya da yüksək əhval-ruhiyyə ilə çıxıb. Həyat yoldaşının ona bəxş edəcəyi ilk övladı ilə bağlı xəbərdən ruhlanan Uesli qolu da məhz dünyaya gəlməmiş körpəyə həsr edib.
Bunu oyundan bir neçə gün sonra Yolantenin özü də təsdiqləyib. O, matçdan sonra yaranan ehtimalların həqiqəti əks etdirdiyini bildirmişdi.
Milli.Az