İdman
"Simurq" batır
Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq” klubu ciddi maliyyə problemi ilə üzləşib.
Metbuat.az-ın “Futbol+” qəzetinə istinadən verdiyi xəbərə görə, komandada son iki ayın maaşları ödənilmir.
Məlumatda bildirilib: “Əmək haqqının nə vaxt veriləcəyi sual altındadır. Son 10 gündə rəhbərlik “bu gün, sabah” vədini versə də, ortada yekun nəticə yoxdu. Cahangir Hacıyevin tutduğu vəzifədən istefa verməsindən sonra klubun prezidenti Anar Bəkirov ağız açmağa konkret adam tapa bilmir. O da öz növbəsində gözləmə mövqeyi tutub vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edir”.
Maaşların ödənilməməsi davam edəcəyi təqdirdə legioner futbolçuların komandanı tərk edəcəyi gözlənilir.