İdman
Simeone: "Şanslar bərabərdir"
"Komandaların sürətli oyun nümayiş etdirəcəyini düşünürəm. Əvvəlki matçlardan fərqli qarşılaşma olacaq. Hər iki komandanın növbəti tura yüksəlmə şansı bərabərdir".
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Real"la ilk oyun öncəsi deyib.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Real"la ilk oyun öncəsi deyib.
Argentinalı mütəxəssis bildirib ki, "Real"ın heyəti "Atletiko" ilə müqayisədə daha yaxşı futbolçulardan təşkil olunub:
"Ancaq buna baxmayaraq biz meydana qələbə üçün çıxacağıq. Buna görə ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik".
Qeyd edək ki, "Atletiko" - "Real" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Milli.Az
Milli.Az