İdman

​“Shamkir Chess 2015” turnirində ikinci tura yekun vurulub

Metbuat.az

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” turnirində ikinci tura yekun vurulub.


“Report” xəbər verir ki, bu turda rusiyalı Vladimir Kramnik amerikalı Uesli Ko ilə heç-heçə oynayıb, Norveç şahmatçısı Maqnus Karlsen isə azərbaycanlı Şəhriyar Məmmədyarovu məğlub edib.


“Shamkir Chess 2015”. 2-ci tur


Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0


Vladimir Kramnik (Rusiya) – Uesli Ko (ABŞ) – 0,5:0,5


Aniş Qiri (Hollandiya) – Rauf Məmmədov (Azərbaycan) – 0,5:0,5


Maksim Vaşye-Laqrav (Fransa) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5


Maykl Adams (Böyük Britaniya) – Fabiano Karuana (İtaliya) – 0,5:0,5


Turnir cədvəli: Kramnik, Ko, Karlsen – hərəyə 1,5 xal, Karuana, Anand, Vaşye-Laqrav, Məmmədov – 1, Qiri, Məmmədyarov, Adams – 0,5.