İdman
"Shamkir Chess 2015": Məmmədyarov Karlsenə uduzdu, Məmmədov Qiri ilə xalları yarı böldü
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamhir Chess 2015" turnirində ikinci tur geridə qalıb.
Metbuat.az-ın xəbərinə görə, günün mərkəzi oyununda Vişvanatan Anand Maksim Vaşyev-Laqravla xalları yarı bölüb. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzub, Rauf Məmmədov isə Aniş Qiri ilə heç-heçə edib.
Nəticələrə nəzər salaq:
Maykl Adams - Fabiano Karuana - 0,5:0,5
Maqnus Karlsen - Şəhriyar Məmmədyarov - 1:0
Aniş Qiri - Rauf Məmmədov - 0,5:0,5
Vladimir Kramnik - Uesli So - 0,5:0,5
Maksim Vaşye-Laqrav - Vişvanatan Anand - 0,5:0,5
Turnir cədvəli: Karlsen, Kramnik, So – 1,5 xal; Anand, Məmmədov, Vaşye-Laqrav, Karuana - 1; Adams, Məmmədyarov, Qiri – 0,5