İdman

"Shamkir Chess 2015": Kramnik Anandla, Məmmədyarov Qiriylə heç-heçə etdi, Məmmədov Soya uduzdu (Nəticələr)

Metbuat.az

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində dördüncü tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, bu gün ümumilikdə 5 görüş keçirilib. Günün mərkəzi oyununda Vladimir Kramnik Vişvanatan Anandla xalları yarı bölüb. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Aniş Qiri ilə heç edib, Rauf Məmmədov isə Uesli Soya uduzub.

Günün nəticələrinə nəzər salaq:

Maykl Adams - Maqnus Karlsen - 0,5:0,5

Maksim Vaşye-Laqrav - Fabiano Karuana - 0,5:0,5

Aniş Qiri - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Vladimir Kramnik - Vişvanatan Anand - 0,5:0,5

Uesli So - Rauf Məmmədov - 1:0

Turnir cədvəli: So - 3,5, Karlsen - 3, Kramnik - 2,5, Anand, Vaşye-Laqrav - 2, Qiri, Karuana, Məmmədov, Məmmədyarov - 1,5, Adams-1.