"Shamkir Chess 2015": Karlsen Karuanaya qalib gəldi, təmsilçilərimiz xalları yarı böldülər (Nəticələr)
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində üçüncü tur geridə qalıb.
Metbuat.az-ın xəbərinə görə, bütün qarşılaşmalar eyni gündə oynanılıb. Günün mərkəzi oyununda Maqnus Karlsen Fabiano Karuananı məğlub edib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla, Rauf Məmmədov isə Vladimir Kramniklə xalları yarı bölüb.
Nəticələrə nəzər salaq:
Uesli So (ABŞ) - Maykl Adams (İngiltərə) - 1:0
Rauf Məmmədov (Azərbaycan) - Vladimir Kramnik (Rusiya) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Fabiano Karuana (İtaliya) - Maqnus Karlsen (Norveç) - 0:1
Vişvanatan Anand (Hindistan) - Aniş Qiri (Hollandiya) - 0,5:0,5
Turnir cədvəli: Karlsen, So - 2,5, Kramnik - 2, Anand, Məmmədov, Vaşye-Laqrav - 1,5, Giri, Məmmədyarov, Karuana - 1, Adams - 0:5.