İdman

​Sərbəst güləş üzrə Azərbaycan yığması Dünya Kubokunda bürünc medal qazanıb

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın Los Anceles şəhərində keçirilmiş sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan yığması bürünc medal qazanıb. "Report"un məlumatına görə, Saypulla Absaidovun rəhbərlik etdiyi komanda üçüncü yer uğrunda görüşdə Rusiya millisini yenib. 


8 görüşün yekununda 4:4 hesablı heç-heçə qeydə alınıb. Toplanılan xalların cəmində isə 34:28 hesabı ilə üstün olan Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub. 


Qeyd edək ki, qalib adını isə finalda ABŞ-ı 5:3 hesabı ilə yenən İran qazanıb.