İdman
AZƏRTAC
“Şəmkir Chess 2015” beynəlxalq şahmat turniri xarici medianın diqqət mərkəzindədir
Şəmkir, 16 aprel, Samirə Allahverdiyeva,
AZƏRTACBeynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin bütün iştirakçıları artıq Şəmkirdədirlər.
AZƏRTAC
-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, yarışın açılış mərasimi üçün hazırlıqlar artıq başa çatıb. Aprelin 16-da saat 19:00-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində başlayacaq açılış mərasimində rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, yerli və xarici qonaqlar iştirak edəcəklər.
Açılışdan sonra yarışın püşkatma mərasimi keçiriləcək. Turniri yerli jurnalistlərlə yanaşı, Rusiya, Norveç, Hindistan və İngiltərədən olan media nümayəndələri də işıqlandıracaqlar.
İlk turun partiyaları aprelin 17-də saat 15:00-də başlayacaq.