İdman
Səkkiz yaşadək oğlanlar və qızlar arasında şahmat yarışına start verilib
Bakı, 3 aprel,
AZƏRTACBakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2007-ci il təvəllüdlü (8 yaşadək) və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə paytaxt birinciliyinə start verilib.
BŞGİBİ-dən
AZƏRTAC-a bildiriblər ki, yarışda 62 idmançı (30 qız) iştirak edir. Yarışlar beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilir.
Oğlanlar və qızlar arasında ilk 5 yeri tutan idmançı mayda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.