İdman

Şahmatçılarımız "Dubay Open" beynəlxalq şahmat turnirində iştirak edirlər

Metbuat.az

Milli.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci Dubay Open beynəlxalq şahmat turnirində 3 turun oyunlarına yekun vurulub.



Turnirin liderləri sırasında olan

Qədir Hüseynov

3-cü turda da qələbə silsiləsini davam etdirib. Ermənistan şahmatçısı Hovik Hayrapetyanı məğlub edən Hüseynov aktivinə 3 xal yazaraq 1-10-cu yerləri bölüşdürür.

Eltac Səfərli

isə Misir təmsilçisi Mahmoud Abou El Zeyn üzərində qələbə qazanıb.

Xəyalə Abdulla

almaniyalı Birger Venzelini məğlub edib.

Günay Məmmədzadə

hindistanlı İnakio Rodriqeslə,

Zeynəb Məmmədyarova

isə Türkmənistan şahmatçısı Mirad Babaliyevlə sülh bağlayıb.

Zaur Məmmədov

3-cü turda ilk məğlubiyyətini yaşayıb. Məmmədovu Fransa təmsilçisi Andrey İstratesku məğlub edib.

Nərmin Məmmədova

isə hindistanlı Prasad Anula xal qazandırıb. Bu turda digər məğlubiyyəti

Nail Bəşirli

yaşayıb.



Beləliklə, 3 turdan sonra Qədir Hüseynov 3 xal, Eltac Səəfərli, Zaur Məmmədov, Xəyalə Abdulla 2 xal, Nail Bəşirli , Zeynəb Məmmədyarova, Günay Məmmədzadə 1.5 xal və Nərmin Məmmədova 2 xal toplayıblar.



Milli.Az