İdman

Şahmat üzrə sabiq dünya çempionları Vüqar Həşimov memorialının 4-cü turunda sülh bağlayıblar

Metbuat.az

Şəmkir, 20 aprel, Samirə Allahverdiyeva,

AZƏRTAC

Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri davam edir.


AZƏRTAC

xəbər verir ki, turnirin aprelin 20-də keçirilən dördüncü turunda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav ilə italiyalı Fabiano Karuana sülh bağlayıblar. Rəqiblər 39-cu gedişdə heç-heçəyə razılaşıblar.


Sabiq dünya çempionları rusiyalı Vladimir Kramnik və hindistanlı Vişvanatan Anand da sülh bağlayıblar. Rəqiblər 38-ci gedişdə heç-heçəyə razı olublar.


Rauf Məmmədov - Uesli So, Şəhriyar Məmmədyarov - Aniş Giri, Maykl Adams - Maqnus Karlsen arasında oyunlar davam edir.


Vüqar Həşimov memorialı aprelin 26-dək davam edəcək.