İdman
AZƏRTAC
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimovun xatirə turnirində ilk qələbəsini qazanıb
Şəmkir, 18 aprel, Samirə Allahverdiyeva,
AZƏRTACŞəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” turnirinin ikinci turu davam edir.
AZƏRTAC
xəbər verir ki, bu turda ağ fiqurlarla oynayan dünya çempionu Maqnus Karlsen Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarova qalib gəlib. Norveçli şahmatçı 29-cu gedişdə qələbəni bayram edib. Böyük britaniyalı Maykl Adams italyan Fabiano Karuana ilə 26-cı gedişdə heç-heçəyə razılaşıb.
Hazırda Vladimir Kramnik (Rusiya) – Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) – Vişvanatan Anand (Hindistan), Aniş Giri (Niderland) – Rauf Məmmədov (Azərbaycan) partiyaları davam edir.
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.