İdman
Mənbə
ANS PRESS
Sabiq prezidentin oğlu "Qalatasaray" azarkeşi çıxdı (FOTO)
Fransanın sabiq prezidenti Nikola Sarkozinin oğlu Piyerin hansı kluba azarkeşllik etdiyi üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, keçmiş prezidentin oğlu Türkiyənin “Qalatasaray” klubunun fanatıdır.
Paparatsilər Piyeri “sarı-qırmızılı” formada evdən çıxarkən çəkiblər. O, Uesli Snayderin “14” nömrə formasını geyinmişdi.
Piyer uzun müddətdir “sarı-qırmızılı” kluba könül verib.
Hətta onun sevimli komandasını dəstəkləmək üçün bir neçə dəfə İstanbula gələrək “Qalatasaray”ın oyunlarına canlı tamaşa etdiyi bildirilir.
ANS PRESS