İdman

Rusiyada "​Bakı 2015"in təqdimatı keçiriləcək

Metbuat.az

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Gənclər və İdman Nazirliyi

ndən "Report"a verilən xəbərə görə, bu məqsədlə nazir

Azad Rəhimov

Rusiyada rəsmi səfərdədir.


Moskvanın "Redisson Royal, Moskva" mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir. Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.


Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.