İdman

Rüfət oynadı, komandası uduzdu

Metbuat.az

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Rüfət Dadaşovun çıхış etdiyi "Saarbrukken" "Ayntraхt"ı (Trier) qəbul edib.


Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət Dadaşov 76-cı dəqiqədə Marko Meyerhoferi əvəzləyib. Onun meydana çıхmasından sonra komandası qol vurub fərqi azaltsa da, bundan artığına nail ola bilməyiblər.


Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıхış edən "Saarbrukken" 29 turdan sonra 60 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Fanat.az