İdman

​Ronaldu İsrafilovun komandasına 5 qol vurub

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Madridin “Real” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının son turunda “Qranada”ya 5 qol vurub.


“Report” xəbər verir ki, qarşılaşma 9:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.


Ronaldu qollardan üçünü 8 dəqiqə ərzində reallaşdırıb.


Bu, “Real”ın demək olar ki, yarım əsrdə qazandığı ən böyük hesablı qələbədir.


Qeyd edək ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov "Qranada" klubunun şərəfini qoruyur.