İdman

Ronaldodan yoldaşına möhtəşəm hərəkət (VİDEO, FOTO)

Metbuat.az

"Real"ın portuqaliyalı ulduz futbolçusu "Kral" klubunun növbəti məşqində etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.



ANS PRESS-in məlumatına görə, Ronaldonun "Real"ın gənc üzvü Markos Lorenteyə qarşı etdiyi finti komanda yoldaşları gülüşlə qarşılayıblar.



Ronaldonun Messi ilə müqayisə edənlər çoxdu. Hər iki futbolçu arasında rəqabət gedir.



Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən həmyerlisi Lionel Messini Kriştiano Ronaldo ilə müqayisə etmişdi.



Maradona Ronaldonun heç vaxt Messinin səviyyəsinə çata bilməyəcəyini bildirmişdi: "Messinin Ronaldonun sərt və güclü zərbələrinə ehtiyac yoxdur. "Leo" ayağındakı topla driblinq edərək asanlıqla istəyinə çatır. Düşünürəm ki, Ronaldo heç vaxt Messinin səviyyəsinə çata bilməyəcək".





Mənbə
ANS PRESS