İdman
Ronaldinyo haqqında çıxan söz-söhbətlərə son qoydu
Daha öncə dünya idman mətbuatında Ronaldinyonun karyerasına son qoyacağı barədə xəbərlər yayılmışdı.
Metbuat.az "Goal"a istinadən xəbər verir ki, jurnalistlərin qarşısına çıxan ulduz futbolçu söz-söhbətlərə nöqtə qoyub:
"Əvvəlcə demək istəyirəm ki, haqqımda yazılanlar həqiqəti əks etdirmir. İndi çox xoşbəxtəm. Heç bu barədə düşünmürəm. 5-6 il oynaya bilərəm, yoxsa yox - bunu bilmirəm. Ancaq hazırda hər şey qaydasında gedir.
Meksikada özümü əla hiss edirəm. Hər şeyin daha da yaxşı getməsi üçün əlimdən gələni edirəm".