İdman

Rinqdə gülünc hadisə (VİDEO)

Metbuat.az

Boks rinqində zarafat kimi hadisə yaşanıb. Belə hadisə bu yerə kimi boks rinqində demək olar ki, baş verməyib.



ANS PRESS-in məlumatına görə, "Papi Gallo" adlı Marvin Cons və Ramon Luis Nikolas rinqdə qarşılaşıblar.



Belə ki, idmançılardan biri rinqə mobil telefonla çıxıb. İlk yumruqlar atılandan sonra Consun şortuna gizlətdiyi telefon döşşək üzərinə düşün.



İdmançının düşən telefonunu hakim görərək mübarizəni kəsib. O, telefonu götürərək Consun küncündə dayananlara təhvil verib.



İdmançı telefonu nə məqsədlə şortuna gizlətdiyini açıqlamasa da, oyundan sonra bu əməlinə görə üzr istəyib.



Mənbə
ANS PRESS