İdman
"Reynaldonun olmaması işimizi asanlaşdırmadı"
"Meydanda bərabər oyun gedirdi. Matçın əvvəlində hər iki komanda ehtiyatlı oynayırdı. Həm "Qarabağ", həm də "İnter" rəqibinin səhv etməsini gözləyirdi ki, hesabı öz xeyrinə dəyişsin".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Elvin Məmmədov Premyer Liqanın 27-ci turunda bərabərə qaldıqları "Qarabağ"la oyundan (0:0) sonra deyib.
Təcrübəli futbolçu oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirib:
""Qarabağ” çox yaxşı rəqibdir. Reynaldonun meydanda olmaması işimizi asanlaşdırmadı. Çünki “Qarabağ” təkcə Reynaldodan ibarət deyil. Bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Komandaların hər birinin yaxşı mübarizə aparmasının şahidi olduq".

E.Məmmədov bu oyundan sonra "Qarabağ"ın çempionluq şansının artdığını vurğulayıb: "Bu heç-heçədən sonra "Qarabağ"ın çempionluq şansı daha da artıb. Onlarla aramızdakı 9 xallıq fərqi dəyişə bilmədik. Bundan sonra ikinci yer və kubok uğrunda mübarizə aparacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq".
Milli.Az
Milli.Az