İdman

"Rəvan" klubu çempionatdan kənarlaşdırıldı

Metbuat.az

Azərbaycan, Bakı, 21 aprel /Trend/

U-16 Liqasının “Rəvan” futbol klubu AFFA-ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdığını bildirib.

Trend AFFA-ya istinadən məlumat verir ki, göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb.

Klub oyunların 50%-dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az