İdman
"Real" Karlo Ancelottini onunla əvəzləmək istəyir
"Real" "Porto"nun baş məşqçisi Xulen Lopeteqi ilə yaxından maraqlanır.
Metbuat.az AS-a istinadən xəbər verir ki, "Porto"nun "Bavariya"nı 3:1 hesabı ilə məğlub etməsinin ardından 48 yaşlı mütəxəssis Madrid klubunun rəhbərliyinin diqqətini çəkib. Yazılanlara inansaq, "Real" mövsümün sonunda komandanı tərk etməsi gündəmdə olan Ancelottinin boşluğunu onunla doldurmaq istəyir.
Lopeteqi daha öncə "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb.