İdman

"Real"ın ulduz futbolçusu zədələndi

Metbuat.az

"Real"ın uelsli yarımmüdafiəçisi Qaret Beyl məşqdə zədələnib.



ANS PRESS-in məlumatına görə, sol ayağından zədə alan ulduz futbolçu məşqi yarımçıq tərk edib.



Bu barədə açıqlama verən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bunları deyib:



"Beyllə bağlı kiçik problemimiz var. O, məşqdə zədələndi. Son durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək. Onu bu gecə qarşılaşacağımız "Rayo Valyekano" ilə görüşdə riskə atmaq istəmirəm".



Qeyd edək ki, La Liqanın XXX turu çərçivəsində bu gecə keçiriləcək "Rayo Valyekano" - "Real" oyunu Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Mənbə
ANS PRESS