İdman

“Real”ın qapıçısı İker Kasilyas 51-ci dəfə meydanı qol buraxmadan tərk edib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Futbol üzrə Çempionlar Liqası yarışlarının dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko” ilə qarşılaşan “Real”ın qapıçısı İker Kasilyas növbəti rekord müəyyənləşdirib.


AZƏRTAC

xəbər verir ki, təcrübəli qapıçı UEFA Çempionlar Liqasında 51-ci dəfə meydanı qol buraxmadan tərk edib. Bununla da İ.Kasilyas "Mançester Yunayted"in sabiq qolkiperi Edvin van der Sarın rekordunu təkrarlayıb. Lakin hollandiyalı qapıçı karyerasını başa vurduğu üçün İ.Kasilyasın onu keçmək şansı yaranıb. Bunun üçün İspaniya yığmasının qapıçısının daha bir oyunda qol buraxmaması kifayət edəcək.


İ.Kasilyas, həmçinin Çempionlar Liqasında ən çox oyun keçirmiş futbolçudur. O, 147 dəfə Avropanın mötəbər turnirində iştirak edib.