İdman

"Real"da üzlər gülür: Kriştiano Ronaldo meydana çıxa biləcək

Metbuat.az

Apellyasiya Komitəsi "Real"ın Kriştiano Ronaldonun sarı vərəqəsinin ləğv olunması ilə bağlı şikayətini təmin edib.

Metbuat.az-ın xəbərinə görə, referinin səhvini aşkarlayan Komitə ulduz futbolçunun cəzasını ortadan qaldırıb. Beləliklə, Kriştiano Ronaldo "Eybar"la görüşdə komandasına kömək edə biləcək.

Xatırladaq ki, Ronaldo "Rayo Valyekano" ilə görüşdə rəqib komandanın cərimə meydançasına girdikdən sonra yerə yıxılmışdı. Portuqaliyalının simulyasiya etdiyini düşünən hakim ona sarı vərəqə göstərmişdi.