İdman

“Rabitə” voleybol klubu Azərbaycan Super Liqası yarışlarının finalına yüksəlib

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçular arasında Super Liqa yarışlarının yarımfinal mərhələsinin ikinci oyunları təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, ilk olaraq meydana “Lokomotiv” və “Azəryol” komandaları çıxıblar. Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda “Lokomotiv” eyni hesabla qalib gəldiyi üçün komandalar arasında üçüncü oyun təşkil olunacaq.


Günün ikinci görüşündə “Azərreyl” və “Rabitə” komandaları üz-üzə gəlib. İlk oyunda olduğu kimi ikinci görüşdə də rəqibinə 3:1 hesabı ilə qalib gələn “Rabitə” klubu Azərbaycan Super Liqası yarışlarının finalına yüksəlib.